“Mançester Yunayted”lə müqaviləsinin müddəti iyunun 30-da başa çatan və indilik “qırmızı şeytanlar”la yeni anlaşma imzalamayan ispan qapıçı David de Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Xəbərə görə, de Xeanın xidmətində “Əl-Nəsr” maraqlıdır. Mənbə sözügedən klubun 32 yaşlı qolkiperə həftəlik 290 min avro maaş ödəməyə hazır olduğunu vurğulayıb.
Sözügedən futbolçu MY-də həftəyə 403,65 min avro maaş alırdı. Lakin yayılan son məlumatlara əsasən, İngiltərə nəhəngi ona eyni şərtlərlə yeni sözləşmə təklif etmək niyyətində deyil.
Qeyd edək ki, MY-də de Xeanın komanda yoldaşı olmuş portuqaliyalı superulduz Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir.
Follow @7timesaz