Böyük Britaniyadan olan 24 yaşlı Amanda Uolker onu zorlayan rumıniyalı iş yoldaşı Mixay Savesku ilə evlənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Amanda və Mixay “Yehova Şahidləri”nin (bir sıra ölkələrdə qadağan olunmuş ekstremist təşkilat kimi tanınır) üzvüdür.
Hər ikisi qocalar evində işləyib. Amanda rumıniyadan gələn həmkarı ilə tanış olana qədər hər kəs onu bakirə qadın kimi tanıyırdı.
Qadının dediyinə görə, bir gün Savesku onu evə apararkən yolüstü otellərdən birinin qarşısında saxlayıb:
Mixay mənə dedi ki, ona güvənim, sadəcə mənimlə söhbət etmək üçün otelə – otağa getməyi təklif etdi. Elə hər şeydə bundan sonra başladı…”.
Otağa qalxırlar. Bir qədər sonra Amanda təriqətçi həmkarının niyyətini başa düşür:
“Ona yalvardım, çalışdım fikrindən daşındırım. Əslində hamıdan gizlin saxladığım oğlum vardı. Bu barədə Mixay bilirdi, Bu barədə heç kimə deməməsini xahiş etdim. Bunun qarşılığında Savesku istədiyinə nail oldu, məni zorladı”.
İki ay sonra Savesku Uokerin hamilə olduğunu öyrənib. İctimai qınaqdan qorxaraq onunla evlənib.
Amandanın sözlərinə görə, toy mərasim ailə və dostların əhatəsində keçirilib:
“Saxta təbəssüm yaratmaq üçün əlimdən gələni etdim, göz yaşlarımı saxladım. Həmin gecə Mixay məni evdə qoyub içməyə getdi. Ər-arvad olduğumuz ilk gecəmizdə o, məni yenidən zorladı. Sonradan dəfələrlə zorakılığa məruz qaldım”.
Uoker toydan sonra bir neçə dəfə qaçmağa çalışsa da, əri onu öldürəcəyi ilə hədələyib.
Artıq illər keçir, bu icdivacdan dünyaya gələn qız böyüyürdü. Saveskunun qızının gözü qarşısında Amandaya hücüm edərək zorlaması onun polisə getməsinə səbəb olub.
2021-ci ilin oktyabrında 34 yaşlı Mixay Savesku zorlamada təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra deportasiya edilib.
Follow @7timesaz