Müğənni Səidə Sultan şou-biznesdəki dostluqlarından danışıb. OLAY yazır ki, müğənni bu barədə stilist Anar Ağakişiyevin “Dəyişən Cavab” verilişində söz açıb. O, aparıcı Çinarə Əliyeva ilə dostluqlarının bitməsinin ikisinə də düşərli olduğunu deyib.
“Çinarəni cəmiyyətə mən populyar etdim. Səhər proqramında idman edirdi. Camaata, millətə məhz mənimlə tanındı. O qərar verdi ki, səninlə dostluq etmək istəmirəm və ayrıldı. Dedi ki, əxlaqımı pozursan. Çinarə evlənməmişdən öncə ayrıldıq. İkimizin də ayrılmağımız bir-birimizə düşdü. O da ailə qurdu, mən də ailə qurdum. Deməli belə lazım imiş”, – deyə, müğənni bildirib.
Bundan başqa, Səidə dost seçə bilməməyindən də söz açıb və deyib ki, şou-biznesdəki yaxın dostları stilist Anar Ağakişiyev, müğənnilər Elnur Məmmədov, Kərim, Niyam Salami, Xuraman Şuşalı və Natavan Həbibidir.
Follow @7timesaz