Xəzər rayon məhkəməsində yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü ögey qızına qarşı əxlaqsız hərəkətlər edən 1985-ci il təvəllüdlü Kamil Əliyevə (ad və soyad şərtidir) hökm oxunub.
7Times.az xəbər verir ki, məhkəmə predmetinə çevrilmiş hadisə 2021-ci ilin iyul ayının əvvəllərində baş verib. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxs Gunel Qurbanovanın (ad və soyad şərtidir) anası Mənsurə ögey atası Samirlə o körpə olarkən ailə həyatı qurub. Günel onu atası bilib, ona “ata” deyə müraciət edib.
2021-ci ilin iyul ayının əvvəllərində Günel ailəsi ilə birgə getdiyi Zirə qəsəbəsi ərazisində yerləşən çimərlikdə Samir ona üzmək öyrətməyi təklif edib. Bu zaman o, əlləri ilə Günelin sinəsini sıxaraq əxlaqsız hərəkətlər edib. O, oxşar hərəkətləri avqust ayına qədər müxtəlif vaxtlarda təkrarlayıb.
Məhkəmənin hökmü ilə Samir Əliyev barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sfera.az
Follow @7timesaz