Yəməndə dəfn mərasimini ildırım vurması nəticəsində 6 nəfər həlak olub.
7Times.az bildirir kli, bu barədə yerli həkimlərə istinadən “Sinxua” agentliyi məlumat yayıb.
“Yəmənin şimalında dəfn mərasiminə toplaşan bir qrup insanı ildırımın vurması nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb”, – məlumatda bildirilir.
Qeyd olunur ki, hadisə ölkənin şimalındakı Amran əyalətinin Aşa rayonunda baş verib.
Ümumilikdə, iyul ayından bəri Yəməndə daşqın, leysan və ildırım çaxması nəticəsində azı 97 nəfər ölüb. Artıq bir neçə həftədir ki, ölkə ekstremal hava şəraitindən əziyyət çəkir. CARE beynəlxalq humanitar agentliyinin məlumatına görə, mərkəzi Marib əyalətində 12 mindən çox məcburi köçkün ailəsinin yaşadığı 190 mülk güclü yağışlar və daşqınlar nəticəsində dağılıb. (Lent.az)
Follow @7timesaz