Milli borc tavanının artırılması ilə bağlı danışıqlar uğursuz olarsa, potensial defolt ölkə iqtisadiyyatı üçün dağıdıcı olar.
7Times.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
O, defoltun qarşısını almaq üçün milli borc tavanının qısa müddətə artırılmasının mümkünlüyünü istisna etməyib.
Bayden, həmçinin bildirib ki, potensial defoltla bağlı vəziyyətə baxmayaraq, o, hələ də mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Senatının Respublikaçılar Partiyasından olan 43 nəfərlik qrup üzvü Vaşinqton administrasiyasını dövlət xərclərini azaltmasa, borc tavanının artırılması ilə bağlı razılığa gəlməyəcəklərini bildirmişdi.
Follow @7timesaz