Hadisə

Dəhşət: 5 manat borca görə kəndlisini bıçaqladı

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Dəhşət: 5 manat borca görə kəndlisini bıçaqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda bıçaqlanma hadisəsi baş verib. Rayonun Maqsudkənd sakini 1992-ci il təvəllüdlü Əfəndiyev Nail Aydın oğlu öz həmkəndlisi tərəfindən bıçaqlanıb. Hələlik onu bıçaqlayan şəxsin kimliyi məlum deyil.

Kənd sakinlərinin 7times.az a verdiyi məlumata görə, hadisə 5 manat borc üstündə baş verib. Bıçaqlanan şəxsin onu bıçaqlayan şəxsə 5 manat borcu olubmuş. O pulu almaq üçün Nail Əfəndiyevin evinə gəlib. Bu zaman hər iki tərəf arasında qarşıdurma baş verib. Nəticədə həmkəndlisi Nail Əfəndiyevi bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti kafidir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəlal Fərzəliyev

7times.az