Soçidə 24 yaşlı gənc sevgilisinin 7 yaşlı qızını öldürüb.
7Times.az Rusiya mediasına istinadla bildirir ki, 24 yaşlı gənc Timiryazev küçəsində sevgilisi və onun azyaşlı qızı ilə kirayədə yaşayırmış. İstintaqın məlumatına görə, 2023-cü il mayın 27-də o, kəmərlə qızın qarın və baş da daxil olmaqla bədəninin müxtəlif nahiyələrinə azı 15 dəfə zərbə endirib. Kişi hərəkətini uşağı itaətsizliyə görə cəzalandırması ilə izah edib.
Qızın vəziyyəti pisləşməyə başlasa da, anası və ögey atası həkimə müraciət etməyib. 2 iyun 2023-cü il gecəsi uşağın durumu ağır olduğu üçün təcili yardım çağırılıb. Həkimlər zərərçəkənin həyatını xilas edə bilməyib.
Polis 24 yaşlı gənci həbs edib. Onun barəsində Cinayət Məcəlləsinin 2-ci hissəsinin “c” bəndi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Follow @7timesaz