Dünya

Dəhşətli faciə: 200 nəfər öldü

Dəhşətli faciə: 200 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində 2,08 milyondan çox insan “Meqi” tropik qasırğasının təsirinə məruz qalıb, ölənlərin sayı 224 nəfərə yüksəlib.

Oxu24.com  xəbər verir ki, bu barədə Respublikanın Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Bərbəri üzrə Milli Şurasının dərc olunmuş hesabatında deyilir.

Bildirilib ki, yerdəyişməyə məruz qalan 175 mindən çox insan 447 təxliyə mərkəzindədir. Siklon 9 rayona yayılıb, 33,4 min nəfər əvvəlcədən təxliyə edilib, 147 nəfər itkin düşüb.

“Meqi” 10,5 min evə ziyan vurub, 760 ev tamamilə məhv olub. ilkin zərərin məbləği 709,5 min peso (13,5 min ABŞ dolları) təşkil edib. Kənd təsərrüfatına dəymiş zərərin məbləği 257 milyon peso (4,9 milyon dollar), 45 infrastruktur obyektinə 6,95 milyon peso (133,2 min dollar) ilə qiymətləndirilir.

Hökumət 63,8 milyon peso (1,21 milyon dollar) yardım ayırıb.

Qeyd edək ki, aprelin 10-da Filippinin şərqindəki Samar, Biliran və Leyte adalarında “Meqi” tropik qasırğası baş qaldırıb. Hadisə zamanı küləyin maksimal sürəti 20,8 m/san.-dən 29,1 m/san.-yə çatıb.