Dünya

Dəhşətli faciə: ana uşaqları gözü önündə öldü – VİDEO (+18)

Dəhşətli faciə: ana uşaqları gözü önündə öldü – VİDEO (+18)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Leninqrad vilayətində faciəvi hadisə baş verib. 

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Oredej çayında baş verib.

Belə ki, qadın çimərlik geyimində şaxtalı və qarlı havada üzü buz qatı ilə örtülən çaya dalıb. Nəticədə su axını onu çayın üstü bağlı hissəsinə çəkib.

Hadisə onun yaxınlarının və uşaqlarının gözü qarşısında baş verib. Qadını dərhal xilas etmək, həmçinin mərhumun cəsədini tapmaq mümkün olmayıb.

Xilasetmə işləri bir gün sonra dayandırılıb.

Məlumata görə, qadın buz çuxurunda ənənəvi xaç suyuna girmə ayinini həyata keçirirmiş.

Video üzəri zəif olanlara tövsiyə edilmir.