Ölkə

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 22-də Rusiyanın Tolyatti şəhərində baş vermiş dəhşətli cinayətin üstü açılıb. 

Lent.az-ın məlumatına görə, azərbaycanlı Telman adlı şəxs sevgilisi Olqanı qətlə yetirib.

Məlum olub ki, Olqa ilə Telman əvvəllər sevgili olublar. Telman çilingər, Olqa isə satıcı işləyib. Qadının 3 övladı var imiş.

Onlar uzun müddət birlikdə yaşasalar da sonradan münasibətləri pozulub.

Mayın 21-də Telman Olqanı görüşə çağırıb və bir yerdə olublar, yaxşı vaxt keçiriblər. Amma münasibətləri bərpa etmək mümkün olmayıb. Daha sonra aralarında mübahisə başlayıb.

Mayın 22-nə keçən gecə qadını düşürdükdən sonra Telman maşını onun üzərinə sürüb. Qadın çoxsaylı bədən xəsarətləri alıb və onu xilas etmək mümkün olmayıb.

Daha sonra polis cinayətkarı saxlayıb.

Hazırda onun barəsində cinayət işi qaldırılıb.