Türkiyənin məşhur pop ulduzu Demet Akalın Azərbaycana gəlib.
Olay.az xəbər verir ki, o, paytaxtdakı məşhur restoranların birində keçirilən toy məclisində iştirak edib.
Dəbdəbəli gecədə Akalınla yanaşı, küsülü olduqları iddia edilən Xalq artistləri Röya Ayxan və Aygün Kazımova da səhnə alıb.
Eyni zamanda Əməkdar artist Abbas Bağırov da ifaçılar sırasında olub.
Məclisdən olan görüntüləri təqdim edirik:
Follow @7timesaz