Ölkə

Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldı

Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 3-də axşam saatlarında Biləcəri dəmir yolu stansiyası ərazisindən rabitə kabeli oğurlamağa cəhd göstərən şəxs Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən 7Times.az -a verilən məlumata görə, onun 42 yaşlı İ.Əliyev olması və Keşlə dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub.

 

Araşdırma aparılır.