Dünya

Dəmiryolu və metro işçiləri tətil elan edirlər – “Maaşlar artırılmasa…” 

Dəmiryolu və metro işçiləri tətil elan edirlər – “Maaşlar artırılmasa…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə, Şotlandiya və Uelsdə dəmiryolu nəqliyyatı işçiləri son 30 ilin ən böyük tətilinə hazırlaşırlar. 

Sfera.az bildirir ki, sabahdan başlayacaq və cümə axşamı, şənbə günləri də davam edəcək tətilə 40 mindən çox işçi qoşulacaq. İşçilər ixtisarların qarşısının alınmasını, maaşların orta səviyyədə artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını istəyir.

Dəmiryol şirkətləri ilə həmkarlar ittifaqları arasında yekun danışıqlar bu gün səhər saatlarında keçirilib. Dəmiryol İşçiləri Həmkarlar İttifaqından (RMİ) bildirilib ki, danışıqlarda razılıq əldə olunmasa, tətillər daha da şiddətlənəcək.

Nəqliyyat naziri Qrant Şapps bəyan edib ki, həmkarlar ittifaqları və işəgötürənlər arasında danışıqlar aparılmalıdır. Tətil günlərində normal xidmətlərin yalnız 20 faizi yerinə yetiriləcək. Qatarlar həmişəkindən çox gec yola düşəcək və səfərlərini xeyli tez dayandıracaqlar.

Paytaxt Londonda metro işçiləri də sabah tətil edəcəklər. Şəhərin ictimai nəqliyyat xidmətlərini idarə edən Transport for London (TfL) sərnişinlərə ictimai nəqliyyatdan istifadə etmək əvəzinə velosiped sürməyi və ya piyada getməyi tövsiyə edir.

Tətillərlə əlaqədar ölkənin magistral yollarında nəqliyyatın hərəkətində sıxlığın yaranacağı gözlənilir. Sürücülərə yarana biləcək sıx növbələrlə bağlı xəbərdarlıq edilib. İmtahan dövründə olan tələbələr və üç ildən sonra ilk dəfə keçiriləcək “Glastonbury Festivalı”nın iştirakçıları da tətillərdən mənfi təsirlənəcəklər.