Abşeron rayonu, Novxanı kəndində, dənizdə, nəzarətsiz ərazidə bir nəfər batıb.
7times.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Novxanı çimərliyində 25-30 yaş arası oğlan boğulub.
7times xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, batmaq üzrə olan iki qızı xilas edərkən dünyasını dəyişib.
Follow @7timesaz