İngiltərədə hakim Mühafizəkarlar Partiyasından olan kişi deputatın parlamentdə mobil telefonu ilə porno filmlərə baxdığı iddia edilib.
Gundem.az xarici mediaya istinadən xəbər verir ki, adı məxfi saxlanılan deputat İcmalar Palatasında qızğın müzakirələrin ortasında qadın deputatla yanaşı oturarkən porno görüntülərə baxıb.
“The Sun” və “Daily Mirror” qəzetləri hadisənin çərşənbə axşamı axşam saatlarında qadın deputatların kişi həmkarları tərəfindən cinsiyyətçilik və təcavüz hallarını müzakirə edərkən gündəmə gəldiyini yazıb.
Sözügedən olay 3-ü yüksək səviyyəli nazir olmaqla, 56 deputata qarşı cinsi təcavüz iddiaları ilə bağlı istintaq;n başladıldığı dövrə təsadüf edir.
Qeyd edək ki, təxminən bir əsr əvvəl qadınların da iştirak etməyə başladığı Britaniya parlamentində 650 yerlik İcmalar Palatasının 34 faizini qadınlar təşkil edir.
Follow @7timesaz