Dərbənddə səfərbərliyə çağırılanları təcili hərbi komissarlığa çağırmaq üçün küçələrə səsgücləndiricili avtomobil çıxarılıb.
7Times.az xəbər verir ki, yayılan videokadrlardan görünür ki, səsgücləndiricilərlə təchiz olunmuş avtomobil bütün kişilərin təcili hərbi komissarlığa gəlməsi tələbini səsləndirib.
Dərbənd şəhərinin administrasiyası səsgücləndiricidən elan olunan mətnin düzgün olmadığını etiraf edib və buna görə də yayımın hələlik ləğv edildiyini bildirib.
Follow @7timesaz