“Küsülü deyildik, ancaq aramızı vururdular. Bizdə hər şeyi şişirtməyi sevirlər. Bilirdim ki, danışmasaq, bu, illərlə belə davam edəcək. Ən yaxşısı sakit şəkildə barışmaq idi. Aygün Kazımovanın ad günündə bir masada oturmuşduq”.
7Times.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal “Səhər mərkəzi” verilişində qonaq olarkən bir müddət küsülü olduğu həmkarı Samirə Əfəndi haqqında danışarkəın deyib. O, barışdıqlarını bildirib:
“Sonradan mənə dedilər ki, Samirə tez inciyəndir. Bu ildə gedəcəklər, inanırsınız, yenə deyəcəyəm, bir dənə də qalmaqal gələcək. Bu dəfə yəqin Eldarla, çünki orada işləyir. Fikrimi demişdim. Mənim vaxtımda nələr yazmırdılar? Əsasən də mənimlə bağlı, “Finala keçməyəcəklər”, “Bu, nə mahnıdır?”, “Bu, nə geyimdir?!”, “Bu, nə sifətdir?” Axırda da birinci olduq. Samirəylə barışdıq. Artıq Samirə ilə aramızda heç bir problem yoxdur”.
Verilişdə qonaq olan Samirə də onun sözlərini təsdiqləyib:
“Nigar nə geyimimi, nə də ifamı bəyənmişdi. Mahnını mən seçməmişdim. Amma dua edirdim ki, o mahnı seçilsin. Çünki digər mahnılar ballada idi. İstəməzdim ki, elə dönəmdən sonra ballada ifa edim. İnsanlar şənlənməli idi. Əfsuslar olsun ki, yenə də Avropa bizi təcavüzkar kimi qəbul edirdi. Əlimdən gələni elədim. İnsanlardan da özüm inciyirəm, özüm də barışıram”.
Axşam.az
Follow @7timesaz