Maqazin

Diktorun qızı anasına qarşı çıxdı: “İstəyir əsəbləşsin…”

Diktorun qızı anasına qarşı çıxdı: “İstəyir əsəbləşsin…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diktor Xalidə Gözəlin qızı “Elgizlə izlə” verilişinə qatılıb.

7times.az xəbər verir ki, diktorun qızı Nigar qardaşının oğlunu qəbul etdiyini bildirib: “Qardaşımın balası mənim balamdır. İstəyir anamın acığına gəlsin, istər də gəlməsin. Azərbaycan xalqının 50 faizi bilir ki, qardaşım evlənib, onun oğlu var. Bunu anam qəbul etməyə bilər. Ona da haqq verirəm, anadır. İstəyir ki, oğlu üçün elçi getsin, “xonça” bəzəsin. Onun özünə görə arzuları var idi. Amma qardaşım o arzunu anaya hiss etdirmədi. Anam ona görə əsəbidir. Amma bacı olaraq qardaşımın yanındayam”.

Aparıcı Elgiz Əkbər diktorun oğlunun onunla əlaqə saxladığını deyib: “Davudun atası mənə dünən zəng etdi və dedi ki, bütün Azərbaycan xalqı bilsin ki, Davud balamdır. Mən oğlumu çox sevirəm”.

Qeyd edək ki, Xalidə Gözəl mərhum aktyor-diktor Davud Əhmədovun həyat yoldaşıdır.

O, efirdə oğlunun həyat yoldaşı Nurxanımı qəbul etmədiyini bildirib.

pravda.az