Maqazin

Dilan Polat və Engin Polatdan “həbsxana romantikası”: Öpüşməyin yolunu tapdılar – FOTO

Dilan Polat və Engin Polatdan “həbsxana romantikası”: Öpüşməyin yolunu tapdılar – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən Dilan-Engin Polat cütlüyü ilə bağlı yeni bir iddia gündəm olub.

7Times.az  oxu.az-a istinadən xəbər verir ki, Polat cütlüyünün vəkili Hüseyn Kaya müvəkkillərinin maraqlı “görüşmə” üsulundan danışıb. Hüseyn Kara “Ankara masası” verilişinin aparıcısı Fatih Atiklə söhbətində cütlüyün bir-biriləri üçün darıxdığını deyib.

“Dilan mənim əlimdən öpdü, sonra “Əlini silmədən Enginin yanına get, o da eyni yerdən öpsün” dedi”, – deyə vəkil hər kəsi təəccübləndirib.

“2-ci səhifə” proqramında həbsxanadakı fenomen cütlüklə bağlı ortaya atılan bu maraqlı iddia müzakirə olunub.

Jurnalist Emrullah Erdinç qonağı olduğu proqramda bu xəbəri “Həbsxana romantikası” kimi şərh edib.

“Cinayətlərindən danışılmasını istəmirlər. Həbsxanaya girməmişdən əvvəl sosial mediada necə eşq yaşayırdılarsa, o sevginin hələ də davam etdiyi mesajını verirlər. Sevgi ilə gündəm yaratmağa çalışırlar”, – deyə Emrullah Erdinç qeyd edib.