Ölkə

DİM imtahanları cavabı ilə bağlı AÇIQLAMA YAYDI

DİM imtahanları cavabı ilə bağlı AÇIQLAMA YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilən imtahanların nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə 7Times.az -a  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq olar.