Ölkə

DİM sınaq imtahanlarının nəticələrini AÇIQLADI

DİM sınaq imtahanlarının nəticələrini AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü il fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2024-cü il fevralın 18-də (o cümlədən informatika və coğrafiya fənni üzrə fevralın 11-də) keçirilən sınaq imtahanının nəticələri elan edilib.

Bu barədə 7Times.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.