Hadisə

DİN-dən iki azyaşlı uşağın oğurlanması iddiasına REAKSİYA

DİN-dən iki azyaşlı uşağın oğurlanması iddiasına REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev 7times.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. iddialar yoxlanılıb təsdiqini tapmayıb”.