Krasnoyarskda yerləşən sinaqoq rəhbərinin müavini pedofiliyaya görə mühakimə olunub.
7times xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə Lenta.ru-ya məlumat verib. Mənbənin sözlərinə görə, 58 yaşlı kişi cinsiyyət orqanını uşaqlara göstərib. Bundan əvvəl də 1988-ci ildə o, artıq oxşar cinayətə görə məhkum olunub. Təqsirləndirilən şəxs 9 yaşlı iki oğlan və 8 və 9 yaşlı qızlara qarşı başqa seksual hərəkətlər edib. Saxlanılan şəxsə qarşı cinayət işi açılıb ekspertizaya göndərilib.
Stasionar psixoloji-psixiatrik məhkəmə-tibbi ekspertizası zamanı məlum olub ki, təqsirləndirilən şəxsin psixi pozğunluğu var. Cinayət işi tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərarla mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.//Milli.Az
Follow @7timesaz