Dünya

DİQQƏTLİ OLUN! Bu qızlar Azərbaycanlı Kişiləri GİZLİ ÇƏKİR və Sonra…

DİQQƏTLİ OLUN! Bu qızlar Azərbaycanlı Kişiləri GİZLİ ÇƏKİR və Sonra…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qızlar Azərbaycanda kişiləri soyundurub, videoya çəkir. Yəqin ki bu başlıq sizin də diqqətinizi çəkdi. Hansısa filmdə, yaxud ölkədə kişilərə tələ qurub, onlardan şantajla pul qoparan şəbəkə artıq Azərbaycana ayaq açıb. Diqqətli olun. Yoxsa onların növbəti qurbanı sən ola bilərsən.

Son dövrlər sosial şəbəkələrdə gənc qız profilləri ilə kişilərə zəng edib onları soyunduran, daha sonra videoya çəkən şəbəkə ortaya çıxıb. Filmlərdə gördüyümüz hadislər elə bizim kişilərin başına gətirilir.

Sözügedən çəkilişlər daha çox “facebook” sosial şəbəkəsində, “messenger” vasitəsi ilə həyata keçirilir. Bu şəbəkənin qurbanları isə daha çox orta yaşda olan kişilər və ya texnoloji məlumatları az olan istifadəçilər olur.

Bu şəbəkə necə fəaliyyət göstərir?

Hadisə ardıcıllıqla belə xərəyan edir. Deməli, gənc qız profilləri ilə əvvəl bu kişilərə tanışlıq mesajı gəlir. Gözəl bir xanımın dostluq təklifini qəbul edən anda kişilər tələyə düşmüş olurlar. Ard arda mesajlar, açıq saçıq danışıqlardan sonra  həmin kişilər bir xanımın soyunaraq bədənini nümayiş etdirdiyinin şahidi olurlar.

Elə adamlar var ki, görüntünün real olduğunu zənn edib seyr edir, hətta “qadının” intim jestlərinə qarşılıq verir. Ancaq bilməlisiniz ki, bu, xüsusi bir proqramdır və əslində soyunan, intim səhnələri nümayiş etdirən qadın yox, robotdur. Bəli, robot.

 

Tələyə düşənlər elə bilirlər ki, bu səhnəni yalnız zəng edən qız və onun özündən başqa heç kim görmür. Ancaq hər iki şəxsin hərəkətləri xüsusi proqram vasitəsilə qeydə alınır. Və bu görüntülər kişini şantaj edib, ondan pul almaq məqsədilə edilir.

Belə işbazların hədəfi əsasən cəmiyyətdə tanınmış şəxslər olur. Ona görə ki, videonun yayılmasından qorxub, ondan istədikləri qədər pul ala bilsinlər. Sonra çəkilən video ilə həmin adamı şantaj edirlər.

Pul qopara bilənlər qoparır. Məqsədlərinə çata bilməyəndə, videonu içtimailəşdirirlər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, daha çox Türkiyə vətəndaşı olduğunu iddia edən “qızlar” tərəfindən bu addım atılıb. Lakin bunu arxasında hansısa qadın, yaxud da kişinin olduğu bilinmir.

Adətən bu qızlar profillərinə baxımlı, açıq saçıq qız şəkli qoyurlar. Hətta eyni şəkillə bir neçə hesab açıb, müxtəlif adamlara dostluq atanlar da var.

Deməyimiz odur ki, social şəbəkə işbazlarının əlinə keçmək istəmirsinizsə, bu cür dostluq təkliflərindən uzaq durum. Bizdən deməsi…