Nijni Tagildə, tabeçiliyində olan şəxsi öldürməkdə şübhəli bilinən bir mədən müəssisəsinin 58 yaşlı direktoru saxlanılıb.
7Times.az Rusiya mediasına istinadla bildirir ki, istintaq məlumatına görə, çoxlu yanıq və kəllə travması olan qətlə yetirilən şəxsin cəsədi avqustun 12 -də meşədə tapılıb.
Tezliklə cinayət haqqında ətraflı danışan şübhəli tutulub. O, həmin şəxsin şirkətdə gözətçi işlədiyini söyləyib. Avqustun 11-də gecə sahibkar mübahisə zamanı tabeliyində olan şəxsi öldürüb, sonra cəsədi meşəyə apararaq yandırıb.Lent.az
Follow @7timesaz