ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsində atəşkəslə bağlı danışıqlarda sürətin olmamasına görə Vladimir Putinlə məyusluğunu ifadə etməsindən bir neçə gün sonra ABŞ-ın xüsusi nümayəndəsi Steve Uitkoff və rusiyalı müzakirəçi Kirill Dmitriyev Vaşinqtonda görüşüb.
7Times.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazıb. Bildirilib ki, ABŞ indi Dmitriyevin Putinə hesabat verməsini gözləyəcək ki, hər iki tərəf müharibənin həllində növbəti addımlara keçsin.
Cümə axşamı görüşlərdən sonra CNN telekanalına müsahibəsində Dmitriyev Tramp administrasiyasında müharibənin diplomatik həlli perspektivlərini gördüyünü bildirib:
“Düşünürəm ki, Tramp administrasiyası ilə biz indi əslində nəyin işləyə biləcəyini və uzunmüddətli həll yolunu necə tapa biləcəyimizi düşünmək mərhələsindəyik. Düşünürəm ki, uzunmüddətli həll lazımdır, çünki biz həm də qlobal təhlükəsizlik, Rusiyanın təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasına necə əmin olmaq barədə düşünürük”.
Onun sözlərinə görə, irəliləyiş Səudiyyə Ərəbistanındakı danışıqlar və ABŞ-ın xüsusi nümayəndəsi Steve Uitkoffun işi sayəsində əldə edilib.
Bununla belə, Xarici Münasibətlər Şurasının əməkdaşı Tomas Qrem “The Wall Street Journal” a şərhində qeyd edib ki, Kreml Trampın Rusiya prezidenti Vladimir Putinə səbrinin tükəndiyini və sülh yolu ilə həllin əldə edilməməsinin ABŞ ictimai rəyini Rusiya əleyhinə yönəldə biləcəyini hiss etdiyi üçün Dmitriyevi Vaşinqtona səfər etməyə məcbur edib.
Xatırladaq ki, Dmitriyev bu həftə ABŞ-ın paytaxtına səfər edib, bu, tammiqyaslı işğalın başlamasından sonra Rusiya rəsmisinin ABŞ-a ilk səfəridir.
Follow @7timesaz