Dünya

Donald Tramp COVID-19 yeni koronavirus növünün Çindən yayıldığını bildirdi

Donald Tramp COVID-19 yeni koronavirus növünün Çindən yayıldığını bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Donald Tramp COVİD-19 virusunun Çin laboratoriyalarının birindən yayıldığına əvvəlcədən əmin olduğunu bildirib. O bildirib ki, Uhan laboratoriyalarının birindən sızan yeni koronavirus növünün yayılmasına dair dəlilləri Çin rəhbərliyi artıq məhv edib və bunu sübut etmək artıq mümkün deyil. Sabiq prezident bunu “Fox News”-a verdiyi müsahibədə bildirib.

7times.az xəbər verir ki, həmçinin respublikaçı bildirib: “Mən bu barədə çoxdan açıqlama vermişdim. Düşünürəm, bu bədbəxt hadisənin nəticəsidir. Lakin bunun bilərəkdən edildiyini düşünənlər də var”.

Jurnalistin “bunu sübut etmək nə dərəcədə mümkündür” sualına ABŞ-ın sabiq lideri belə cavab verib: “Artıq gecdir. Çox güman ki, Çin bütün dəlil sübutları məhv edib”. Respublikaçı həmçinin əlavə edib ki, Çini ifşa etmək üçün COVID-19 virusunun yayıldığı ilk aylarda kifayət qədər imkanlar var idi, lakin bu araşdırmaların keçirilməsinə müxalif demokratlar siyasi motivlər əsasında imkan vermədi.

Müsahibənin sonunda Tramp virusun Çindən yayılma versiyasının doğru olduğunu, ABŞ-da və dünyada bu versiyanın getdikcə daha da populyarlaşdığını və bütün dünyaya yaşatdığı bu fəlakətə görə Çinin cavab verməyə borclu olduğunu bildirib.

7times.az