Dünya

Donald Tramp prezident seçilsə: “Twitter” və “Facebook” necə olacaq?

Donald Tramp prezident seçilsə: “Twitter” və “Facebook” necə olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trampın prezident seçkisindən sonra bir neçə qlobal şirkət üçün vəziyyət kəskin dəyişəcək”.

7times.az xəbər verir ki, bu sözləri “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, ABŞ Konqresinin “Facebook”, “Amazon”, “Google” və “Apple” şirkətlərinin hər birinin məcburən bir neçə ayrı-ayrı şirkətlərə parçalanması haqqında böyük rezonans doğuran tövsiyələri reallaşacaq:

“Məsələn, məcbur ediləcək ki, “Facebook” “İnstagram” və “WhatsApp”ı, “Google” “YouTube”u satışa çıxarsın.

Güman ki, indiki prezident seçkisində Trampın möqelərinin zəifləməsinə bu cür nəhəng, qlobal şirkətlərin də təsiri olmamış deyil. Qlobal sosial media qurumlarının səlahiyyətləri məhdudlaşdırılacaq, məsuliyyəti çərçivəsi daralacaq. Bununla bağlı müvafiq sənəd layihəsi uzun müddətdir ki, Trampın masasının üstündədir.

Bu sənədin hazırlanmasına səbəb olan, tez-tez Trampa “ilişən”, onun paylaşımlarını silən və məhdudlaşdıran “Twitter” və “Facebook”un vəziyyəti də güman ki, ürəkaçan olmayacaq”. Cebhe.info