Maqazin

“Dovğa bişirib satacağam” – Əməkdar artist

“Dovğa bişirib satacağam” – Əməkdar artistbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən kiməm, hansı tərbiyədəyəm mən bilirəm. Kimsə kiminsə haqqında nəsə deyəndə, arxasına baxsın. Mən də kiminsə nəslini ortaya çıxara bilərəm. Çörəyimi qazanıram”.

7times.az xəbər verir ki, Əməkdar artist Rühəngiz Allahverdiyeva “Xəbər-ətər” proqramında deyib. Son günlər sosial şəbəkədə bişirdiyi dovğaları reklam edən müğənni bunla bağlı sualları cavablandırıb:

“Dovğa, “Napaleon” tortu bişirirəm. Çünki əzizlərim sevir. İnsan var ki, ona dovğa vermişəm, çantama pul qoyub. Hamını maraqlandırır ki, mən dovğa satıram. Yox, satmıram… İynə, sancaq satanlar biznesmen olub. Halal iş görürəmsə, heç kimi narahat etmirəm. Hələ o biznesə keçməmişəm, istəsəm edərəm. Mənim dostlarım dovğamı sevir. Niyə satsam eyib olmalıdır? Əməkdar artistə olmaz? Göydən zəmbillə düşüb? Yaxşı edirəm, bundan sonra satacağam”.Unikal.org