“Ukrayna suverenliyini itirib və ABŞ bu ölkədən Rusiyaya qarşı taran kimi istifadə edir…”
“Kreml əvvəlkitək Ukraynada maksimalist məqsədlərə köklənib…”
ISW Putinin sözlərini təhlil edərək, onun Ukrayna ilə bağlı planının üstünü açıb…
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ritorikası göstərir ki, o, Ukrayna ilə müharibənin başa çatdırılması barədə ciddi danışıqlarda maraqlı deyil.
Bunun əvəzinə o, bu müharibədə “maksimalist” məqsədlərə köklənib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) 26 oktyabr tarixli hesabatında deyilir.
“Müstəqil Dövlətlər Birliyi (MDB) təhlükəsizlik xidmətləri nümayəndələri ilə görüşündə Putin bəyan edib ki, Ukrayna “suverenliyini itirib” və ABŞ Ukraynadan Rusiyaya, Rusiya-Belarus İttifaq Dövlətinə, KTMT-yə və MDB-yə qarşı “taran” kimi istifadə edir”, – hesabatda deyilir.
Sonradan Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu fikri genişləndirərək bəyan edib ki, “Ukrayna dövlət kimi mövcud olmaq qabiliyyətini itirub”, o, “NATO tərəfindən işğal edilib” və “ABŞ-ın müstəmləkəsinə çevrilib”.
“Bu ritorika bərabər səviyyədə atəşin dayandırılması haqqında danışıqlarla bir araya sığmır, Rusiyanın başladığı münaqişənin nizamlanmasından isə danışmağa dəyməz.
Əksinə, bu, Kremlin əvvəlkitək Ukraynada hərbi qələbəyə və Kiyev rejiminin dəyişilməsinə, nəticədə Ukraynanın Qərb yönümünü dəyişməyə və onu Rusiya Federasiyasının nəzarəti altına almağa can atmasını inandırıcı şəkildə sübut edir”, – ISW hesabatında vurğulanır.
Bu ərəfədə isə Amerika analitikləri bu nəticəyə gəlib ki, Rusiya prezidenti istəsə belə müharibəni dayandıra bilməz, çünki onun Çüçenistanın rəhbəri Ramzan Kadırov və “Vaqner qrupu” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin kimi əlaltıları münaqişənin eskalasıyasının sürətləndirilməsini tələb edir.
Follow @7timesaz