Ölkə

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olundu

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

 

7Times.az  xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

 

Qeyd edilib ki, yeni təyinarla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmr imzalayıb.

Əmrə əsasən, Sadiq Cabir oğlu Əliyev Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

 

S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

 

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Ailəlidir, 3 övladı var.