İdman

DTX bu klubun futbolçularını sorğu-sual etdi

DTX bu klubun futbolçularını sorğu-sual etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan futbolunda oyun alğı-satqı məsələsi gündəmdən düşmür.

Offsideplus.az xəbər verir ki, daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət “İrəvan”dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında “Araz-Naxçıvan”la (2:8) oyunun nəticəsinə görə dindiriliblər.

Bu məlumatı saytımıza açıqlamasında “İrəvan”ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi:

“2 gün öncə futbolçuları bu məsələ ilə bağlı dindirilib. Oyunçular “Araz-Naxçıvan”la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir”.

“İrəvan”ın prezidenti Zahid Niyazəliyevin geniş müsahibəsini bu gün saytımızdan oxuya bilərsiniz.