Ölkə

DTX-nın tutduğu generalın gömrükçü kürəkəni də həbs edildi

DTX-nın tutduğu generalın gömrükçü kürəkəni də həbs edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşı Rafael Əzizov barəsində verilmiş protestə baxılıb.

7Times.az xəbər verir ki , Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov 2 il 2 ay müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunub.Qeyd edək ki, həbs olunan Rəfail Əzizov DTX-nin həbs etdiyi gömrük generalı Ehtiram Xəlilovun kürəkənidir.