Maqazin

“Dua Lipa Albaniyanın Türkanıdır”

“Dua Lipa Albaniyanın Türkanıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor və aparıcı Azər Baxşəliyev müğənni Türkan Vəlizadə ilə bağlı maraqlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, Nicat Rəhimovla birgə apardığı “Zarafat bir yana” verilişində danışıb.

Belə ki, iki aparıcı və qonaq Pərviz Bülbülə tamaşaçının zümzümə etdiyi Dua Lipa mahnısını bilməyib. Bu zaman Baxşəliyev “Dua Lipanı tanıyıram. Çox istəyirəm. Elə bil ki, Dua Lipa Albaniyanın Türkanıdır”, – deyə, vurğulayıb.

Pərviz isə “Dua Lipa Vəlizadə” deyərək cavab verib.