“Don’t Start Now”, “Physical” və “Levitating” kimi mahnılarla tanınan Dua Lipa İngiltərənin ən çox qazanan qadın müğənnisi olmağa hazırlaşır.
OLAY yazır ki, albaniyalı əsilli ingilis pop pop uıduz musiqi karyerasının uğuru ilə yanaşı, sərvəti ilə də adından bəhs etdirir.
“Daily Mail”in xəbərinə görə, Lipanın sərvəti Adelin ötən ilki qazancını aşaraq 68 milyon sterlinqə çatıb.
Lipanın “40 yaşdan aşağı milyarderlər” siyahısına qatılacağı bildirilir.
Qeyd edək ki, 28 yaşlı ifaçının 2022-ci ildəki sərvəti 29,9 milyon sterlinq idi.
Duanın builki qazancı onu zirvəyə çıxarsa da, Adel ümumi sərvəti ilə ilk sıradadır. 2023-cü il “Sunday Times Varlılar Siyahısı”na görə, 35 yaşlı Adelin ümumi qazancı 165 milyon sterlinqdir.