Ölkə

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında neftin qiyməti 72 dollardan aşağı enib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,33% və ya 0,24 dollar azalaraq 1 barelə görə 71,92 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,31% və ya 0,21 dollar azalaraq 1 barelə görə 68,07 ABŞ dollarına enib.