İdman

Dünya çempionatına damğa vuran görüntü – “Ronaldo fərq yaradır” /FOTOLAR

Dünya çempionatına damğa vuran görüntü – “Ronaldo fərq yaradır” /FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya çempionatının 1/8 mərhələsində keçirilən Portuqaliya-İsveçrə qarşılaşması zamanı maraqlı görüntülər lentə alınıb.

Metbuat.az xəbər verir ki, oyun başlayarkən əsas heyət oyunçuları ənənəvi olaraq himni dinləmək üçün meydançanın mərkəzində düzülüb. Lakin bu zaman jurnalistlərin əksəriyyətinin diqqəti əsas oyunçuların üzərində yox, ehtiyat oyunçuların üzərində olub.

Bu isə Ronaldonun ehtiyatda qalması ilə əlaqədar olub. Fotoqraf və jurnalistlərin əksəriyyətinin diqqətini Ronaldoya yönəltməsi KİV-lərdə “Ehtiyatda olarkən belə bütün diqqətləri üzərinə çəkməyi bacarır” başlığı ilə dərc olunub.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 6-1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo oyuna 74-cü dəqiqədə daxil olub.