Hadisə

Dünya çempionu başından vurularaq öldürüldü

Dünya çempionu başından vurularaq öldürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur braziliyalı idmançı Leandro Lo güllələnərək öldürülüb.

7Times.az  bildirir ki, hadisə gecə klublarının birində baş verib.

Belə ki, 33 yaşlı Ciu-Citsu əfsanəsinin, vəzifədən kənar polis əməkdaşı Henrique Velozo tərəfindən güllələndiyi açıqlanıb. Velozo polisə təslim olub və nəzarətə götürülüb. “Folha de Sao Paulo” qəzeti 30 yaşlı Velozonun araşdırma zamanı 30 gün həbs olunacağını bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, dostları ilə konsert üçün “Clube Siria” gecə klubuna gedən Lo ilə Velozo arasında mübahisə düşüb. Velozo əlinə şüşə parçası alaraq Lonu hədələyib. İdmançı sabiq polisi hərəkətsizləşdirib və getməsini söyləyib. Velozo isə silahını çıxararaq Lonun alnından vurub.

 

Qeyd edək ki, 33 yaşlı Leandro Lo 2012-2022-ci illər arasında 5 müxtəlif kateqoriyada Ciu Citsu üzrə 8 dəfə Dünya Çempionu rekordu qırıb.