Ölkə

Dünya çempionun adından dələduzluq: insanlara zəng edilir, mesaj yazılır

Dünya çempionun adından dələduzluq: insanlara zəng edilir, mesaj yazılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər arasında Avropa və Dünya çempionu Ayxan Mamayevin adından dələduzluq edilib. 

Bu haqda karateçi özü məlumat yayıb. 7Times.az-ın əməkdaşı dünya çempionu ilə əlaqə saxlayıb. O açıqlamasında bildirib ki, adından saxta profil açılıb və insanlara zəng edilir, mesaj yazılır. Ayxan əlavə edib ki, bu yolla insanların profilləri oğurlanır:

“Əgər kiməsə hansısa profildən bu şəklimlə və ya mənə aid başqa fotoyla bağlı nəsə göndərsələr, dərhal blok edin. Mesajı açan kimi səhifə ələ keçiriləcək. Səhifədə profilin adını paylaşdım deyə, yəqin dəyişəcək”.

7Times.az