Dünya

“Dünya ictimaiyyəti öz maraqları naminə 30 il Ermənistanın işğalına göz yumub” – TBMM sədri

“Dünya ictimaiyyəti öz maraqları naminə 30 il Ermənistanın işğalına göz yumub” – TBMM sədribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalına göz yumub”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi və Türkiyənin dəstəyi ilə 30 illik erməni işğalına son verib: “Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə Qarabağ abad olacaq”.

“Türkiyə-Azərbaycan həmrəyliyinin nəticəsini Qarabağda gördük”, – N.Kurtulmuş vurğulayıb.

Parlament sədri söyləyib ki, gələcəkdə türk dövlətlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi əsas məqsədlərdən biridir: “Bunun nəticəsini indidən xəyal edir və lazımi addımları atırıq. Bütün dünya, Türk dünyası və İslam dünyası indi Türkiyənin addımlarını izləyir”.