Avstraliyada Yutuber Brodi Moss adlı şəxs Kvakea adasında dünya ilə əlaqəsi olmayan tayfaya baş çəkib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yutuber əsas məqsədinin onların həyat tərzini işıqlandırmaq olduğunu deyib.
Brodi Moss qəbilə üzvlərinin ona hücuma keçməsini gözləsə də, böyük maraqla qarşılanmasından təəccüblənib.
Yutuberi heyrətləndirən digər bir məsələ isə adada Brett adlı ağdərili yeganə şəxsin yaşaması olub.
Brett söyləyib ki, babası müharibədən sonra yerli sakinlərdən icazə alıb və o daha sonra adada yaşamağa başlayıb.
Moss bəlkə də ilk dəfə özlərindən başqa insan görən qəbilə üzvlərinin hər şeyi edə biləcəyi nəzərə alınaraq diqqətlə davranmağa çalışsa da, onlar yutuberi həyəcanla qarşılayıblar.
Yolboyu yutuber və operatoru əllərindən dartaraq öz düşərgələrinə aparan ada sakinləri şənlənərək rəqs ediblər.
Qəbilə üzvləri daha sonra qonaqlarını liderlərinin yanına aparıblar.