Dünya

Dünya İqtisadi Forumunun iclası təxirə salındı

Dünya İqtisadi Forumunun iclası təxirə salındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17-20 avqustda Sinqapurda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.

7times.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında deyilir:

“Təəssüf ki, fərqli bölgələrdə baş verən faciəli hallar, qeyri-müəyyən səyahət perspektivləri, fərqli peyvəndolma səviyyəsi dünyanın hər yerindən gələn iş adamları, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə qlobal bir görüşün keçirilməsini mümkünsüz edir”.

Növbəti xüsusi iclasın 2022-ci ilin birinci yarımilində keçirilməsi planlaşdırılır. Yer və tarix bu yay vəziyyətin qiymətləndirilməsinə əsasən müəyyənləşdiriləcək.