İdman

Dünya Kuboku: Azərbaycan millisi finalda İranla üz-üzə

Dünya Kuboku: Azərbaycan millisi finalda İranla üz-üzəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

7Times.az  xəbər verir ki, yarışın sonuncu – ikinci günündə mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və Dünya yığması üz-üzə gələcək. Görüş saat 17:00-da başlayacaq. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.

Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma səbəbindən yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.