Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
7Times.az Apasport.az-a istinadən xəbər verir ki, siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.
Planetin ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib.
50 yaşlı mütəxəssis 1592 xalla dünyanın 221-cisidir.
Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) qərarlaşıb.
Follow @7timesaz