DÜNYA MÜHARİBƏSİNƏ DOĞRU
Çin Amerikaya gözdağı vermək fikrindədir. Çinin Təkləməkan səhrasında inşa edilən raket test poliqonunda, USS Gerald R. Ford təyyarə daşıyan gəmisinin modelini yerləşdirdiyi ortaya çıxdı. ABŞ-da yerləşən kosmik texnoloji şirkəti Maxar tərəfindən çəkilən kosmik görüntülərə görə, Çin poliqon ilə ABŞ-a mesaj göndərib.
Poliqonda Çinin təyyarədaşıyan gəmiləri hədəf almaq üçün inkişaf etdirdiyi Dong Feng 21D raketlərinin sınaqdan keçiriləcəyi düşünülür. Raketlərə hədəf olaraq ABŞ Donanmasına aid olan USS Gerald.. R. Ford təyyarədaşıyan gəmisinin birəbir eyni ölçülərində modelinin seçilməsi təsadüfə bənzəmir.
SENTYABRDA TAMAMLANDI
Bir dəmiryolu xətti üzərində yerləşən poliqonun inşasının sentyabr ayında yekunlaşdırıldığı bildilir. Gəminin hərəkəti effektini almaq üçün dəmiryolu üzərində hərəkət etdiriləcəyi düşünülür.
Çin Xalq Azadlıq Ordusu Dəniz Qüvvələri, ABŞ Donanmasının Cənubi Çin Dənizindəki fəaliyyətlərinin qarşısını ala bilmək üçün uzun müddətdir ki, milli raket proqramlarını inkişaf etdirmək üstündə işləyir.//azerforum
Turab Rzayev
Siyasi Analitik
Follow @7timesaz