Dünya

“Dünya Putinin bu çılğınlığına tamaşa etməyəcək” –   NATO müharibəyə qoşulur?

“Dünya Putinin bu çılğınlığına tamaşa etməyəcək” –   NATO müharibəyə qoşulur?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taktiki nüvə silahının tətbiqi vəziyyəti Rusiyanın xeyrinə kökündən dəyişə bilməz, əksinə, onun iflasını sürətləndirər”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O qeyd edib ki, taktiki nüvə yalnız tətbiq olunduğu istiqamətdə Ukraynanın hücumunun qarşısını kəsə bilər, ümumilikdə Ukrayna ordusunu dayandıra bilməz:

 

“Digər tərəfdən hərbi əməliyyatlar məskun mahalda gedir və Rusiya nüvə atmaqla dünyanın gözü qarşısında insanlığa qarşı ağır cinayət törətmiş olacaq. Nəticədə indiyədək tərəfsiz qalan Çin və Hindistan kimi önəmli güc mərkəzlərini də özünə qarşı çevirmiş olacaq. Bu ölkələrin liderləri Si və Modi Səmərqənddə Putini müharibəni tezliklə dayandıraraq masaya oturmağa çağırdılar. Nüvə tətbiqindən sonra əgər Ukrayna rəhbərliyində Rusiya ilə masaya oturmağı gözə alacaq dərəcədə cəsur adam tapılarsa, bu, bəşər tarixinin ən sensasion olayı olar. Belə bir vəziyyətin yaranması Rusiyanın azsaylı yaxın tərəfdaşlarına da lazım deyil. Həmçinin Rusiyanın bu çılğınlığı heç şübhəsiz ki, Ukraynaya hərbi dəstəyin miqyasını birə on, birə yüz artıracaq. Ukraynaya hər cür modern silah sistemləri veriləcək, bütün Qərb hərbi sənayesi Ukraynaya işləyəcək”.

 

Ekspert bildirib ki, heç kim Rusiyanın rahatlıqla nüvə silahı tətbiq etməsinə tamaşa etməyəcək:

 

“Putinin zərrə qədər də qanuni əsas olmadan nüvə silahından istifadəsi ABŞ və NATO tərəfindən cavabsız qala bilməz. Bu, o demək olar ki, onlar yeni dünya düzəninin şərtlərini  Putinin diktə etməsini qəbul etmiş olurlar: həm də nə vaxt – Putin rejiminin ən zəifləmiş və çöküş mərhələsinə girmiş anında. Qərbin cavabı əks  nüvə zərbəsi olmaya da bilər. Məsələn, NATO heç quru qoşunları göndərmədən Ukrayna ərazisindəki rus ordusunu raket-aviasiya zərbələri ilə qısa müddətdə məhv etmək gücündədir. Yəni Rusiyanın nüvə zərbəsi NATO-nu müharibəyə cəlb edəcək. Lakin elə buradaca sual meydana çıxır: bəlkə elə Putinin məqsədi də budur? Ukraynaya məğlub olmağın dözülməz rüsvayçılığı əvəzinə, NATO-ya məğlub olmaq daha məqbul variant olardı. Ukraynaya məğlub olmaq Putin rejimi üçün qaçılmaz çöküş vəd edirsə, NATO kimi qüdrətli düşmənə məğlub olmaq qismən də olsa sifətini qoruyaraq bir müddət içə qapanıb, yaraları sarımağa şərait yarada bilər. İstənilən halda, Rusiya bu müharibənin məğlub tərəfidir”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində “Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”, deyə söyləyib.