Dünya ŞOKDA: 90 minlik qoşun sərhəddə – Putinin təlimatını gözləyirlər

Dünya ŞOKDA: 90 minlik qoşun sərhəddə – Putinin təlimatını gözləyirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təxminən 90 min nəfərdən ibarət qoşun qrupunu Ukrayna sərhədləri yaxınlığında və Krım və Donbasın işğal olunmuş ərazilərində cəmləşdirib.

7times xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bəyan edilib ki, Müdafiə Nazirliyi Ukraynanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Krımda, Donetsk və Luqansk vilayətlərində yaranmış vəziyyəti diqqətlə izləyir. Ukraynanın kəşfiyyat orqanlarının təqdim etdiyi faktlar əsasında rus qoşunlarının irəlilədiyi təsdiqlənib:

“Ümumi sayı 90 minə yaxın olan qoşunlar bizim sərhədimizə yaxın və işğal olunmuş ərazilərimizdə yerləşdirilib. Bu qüvvələr qrupuna Cənub və Qərb Hərbi dairələrinin 8-ci və 20-ci ordularının qoşunları, həmçinin Rusiyanın Qara dəniz donanması daxildir”.

Bildirilib ki, Rusiya regionda gərginliyi və qonşu dövlətlərə siyasi təzyiqi saxlamaq üçün vaxtaşırı hərbi hissələrin köçürülməsi və toplanması praktikasına müraciət edir.

Qeyd edək ki, daha öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov açıqlamasında rus qoşunlarının sərhəd zonasına yerləşdirilməsi xəbərlərinin reallığı əks etdirmədiyini bəyan etmişdi.//Kanal.az