Dünyaca məşhur Hollivud ulduzu Ancelina Colinin aktyorluqla vidalaşdığı iddia edilib. Məşhur aktyorun fərqli sektora üz tutacağı iddia edilir.
Məşhur aktrisa Ancelina Colinin aktyorluğu tərk edərək fərqli sektora keçəcəyi iddia edilib. İddialara görə, məşhur aktrisa geyim – zərgərlik brendi yaratmağa hazırlaşır.
Ulduzun “Atelier Jolie” adını verdiyi biznes görə qlobal ticarət nişanı üçün müraciət etdiyi bildirilir.
Coli bir ildən artıqdır ki, bu layihə üzərində işləyir və ümid edir ki, o, yeni işini davam etdirə biləcək.
Məşhur ulduzun quracağı brend sifarişli zərgərlikdən tutmuş ziyafət geyimləri və dərziliyə qədər hər şeyi əhatə edir.
Follow @7timesaz