Dünyada aparıcı kriptovalyutaların məzənnəsi ucuzlaşıb

Dünyada aparıcı kriptovalyutaların məzənnəsi ucuzlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriptovalyuta bazarında yenidən kəskin ucuzlaşma baş verib.

7times xəbər verir ki, dekabrın 6-da aparıcı kriptovalyutaların (Bitkoin, Ethereum, Solana, Cardano, Polkadot və s.) kotirovkaları 1,6%-dən 10%-ə kimi dəyər itirib.

Həftəlik ifadədə Bitkoinin qiyməti 15%-dən çox dəyərdən düşərək 48,2 min ABŞ dollarına satılır. Dünyanın ilk kriptovalyutasının kapitallaşması 1 trilyon dollarlıq həssas həddən aşağı düşüb. “Ethereum”un dəyəri həftə ərzində demək olar ki, 7% azalaraq 4 000 ABŞ dollarına enib.

“Binance”in Şərqi Avropadakı direktoru Qleb Kostarev deyir ki, kriptovalyuta bazarına təzyiq göstərən əsas amil koronavirusun yeni ştamının yaratdığı gərginlik və artan inflyasiya ilə bağlı qeyri-müəyyənlikdir.“Report”